Azərbaycanda məsafə və zaman məhdudiyyətləri olmayan ilk ultramarafon formatıdır.Qaçış 30 sentyabr 2023-cü ildə Xəzərin sahilində Dağçılıq İdman Klubunun Race.az komandasının təşkilatçılığı ilə keçiriləcək.
İki günlük Shahdag Running Fest 2023 iyulun 8 və 9-da Şahdağ turizm kompleksi və ona yaxın ərazilərdə keçiriləcəkdir. Biz əlimizdən gələni etməyə çalışmışıq ki, bizim tədbirimiz həm təcrübəli idmançılar, həm də dağ qaçışlarının bu maraqlı dünyasını özü üçün ilk dəfə kəşf edən adamlar üçün maraqlı olsun.
Bu il Qobustan Trail 2023 Ümummilli lider Heydər Əliyevin yüzillik yubileyinə həsr olunur.
Qaçış Dağçılıq İdman Klubunun qrupu olan Race.az və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə keçirilir. Yarış 23 aprel 2023-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində keçiriləcəkdir
Tədbir 13 noyabr 2022-ci ildə Dağçılıq İdman Klubu təşkilatçılığı ilə keçiriləcək. Trail Şabran rayonunda, qədim qala olan Çıraqqala yaxınlığında keçiriləcəkdir.