1. İnformasiya

Climbaku zalında 7-8 noyabr 2022 il tarixində zəfər gününə həsr olunmuş və artıq ənənəyə çevrilmiş boulderinq üzrə "Zəfər kuboku" adlı açıq birinciliyin keçirilməsi barədə sizə xəbər verməyə çox şadıq. Yarış trasslarını qayayadırmanma üzrə idman ustası, boulderinq trasslarının qurulmasında uzun illər təcrübəsi olan və bir çox idmançilarımız arasında tanınmış Sergey Şemulinkin olacaq. 16+ yaş kateqoriyasında olan hər istəyən şəxs yarışa qatıla bilər. Yarış iki etapdan ibarətdir:kvalifikasiya və final.

  • 7 noyabr - açılış, kvalifikasiya.
  • 9:00-10:30 - iştrakçıların qeydiyyatı
    10:30 - açılış
    11:00 - birinci iştrakçının startı
  • 8 noyabr - final, qaliblərin mükafatlandırılması.

2. Tədbirin ünvanı

8 noyabr pr-ti, 61 (keçmiş Nobel pr-ti)



3.Qeydiyyat

Yarışda iştrak pulsuzdur, aşağıdaki link vasitəsi ilə onlayn qeydiyyatdan keçmək mütləqdir.Bütün marağı olanları medallar, kuboklar və pul mükafatları uğrunda mübarizəyə qatılmağa dəvət edirik. Ətraflı məlumatları +994 55 243 21 31 nömrəsinə zəng vurub, öyrənə bilərsiz (WhatsApp var)