Nəticələr:
Şəkillər:
https://drive.google.com/drive/u/1/folders/1kvPmyK_0PR1WAul6VYI2icE-TranJ-UTİlk "Dübəndi gecə qaçışı" 6 Avqust 2022-ci ildə Dağçılıq İdman Klubu və "HOT RUN Family" təşkilatçılığı ilə birgə keçiriləcək. Gün batdıqdan sonra gecə yarışının unudulmaz atmosferinə qərq olmaq imkanınız olacaq. 7 km uzunluğunda olan yol dəniz sahili, torpaq yolu və dayaz qumlu yerlərdən keçir. Ümumi yüksəklik toplusu 45 metr təşkil edəcək. Tədbir gecə saatlarında olduğundan işarələrə əməl edin və şəxsi fənərinizdə batareyanın doldurulmasına diqqət yetirin! (Unutmayın ki, fənər iştirakçı üçün məcburi avadanlıqdır). Tədbirdən əldə edilən gəlir yaxınlıqdakı çimərliklərin təmizlənməsi və zibillərin tullanılmasına sərf olunacaq. Bütün iştirakçılar xüsusi hazırlanmış finiş medalı alacaqlar. Həmçinin "Dübəndi gecə qaçışı" yarışından öncə 1 km uşaq yarışımız olacaq. İştirakçılara yaş məhdudiyyəti tətbiq olunmur (valideynlərdən birinin uşağı müşayiət etməsinə icazə verilir).Uşaq qaçışında iştirak pulsuzdur. Uşaqlar da həmçinin finiş medalı alacaqlar.