Nəticələr:




Şəkillər:

https://drive.google.com/drive/folders/1eWXjWKz7Zv2ROiGaLA7GaJYNDSuUPGSn




1. İnformasiya

Sizə Qalaaltı Trail-i təqdim etməyə şadıq! Trail 13 noyabr 2022-ci ildə Şabran rayonunda, qədim qala olan Çıraqqala yaxınlığında keçiriləcəkdir. Bu, təcrübəli idmançılar və qaçışa yeni başlayanlar üçün yeni macəradır. Siz Azərbaycanın təbiəti ilə daha yaxından tanış olacaqsınız, demək olar ki, turist ayağı dəyməyən meşə cığırları ilə qaçacaqsınız. Sizi maraqlı landşaft boyu hərəkət etmək sevinci, təmiz hava və idman bayramının əvəzedilməz atmosferi gözləyir. Yarışımıza qoşulmaqla, siz həmçinin YENİNƏFƏS proqramında iştirak edə, ölkəmizin yaşıllaşdırılmasında köməkçi ola və yeni ağac əkə bilərsiniz. Gələcək nəsillərə nəfəs verin!

2.Start yeri və vaxtı

  • Şabran r. Qalaaltı kəndi
  • Start 11:00


3.Məsafələr və iştirak haqqı

  • SARI zolaq : qısa məsafə - 10 km, ümumi yüksəklik toplusu - 480 metr - 20 AZN
  • Dinamik qaçışları üstün tutan və ya yenicə treylranninqə qoşulmuş iştirakçılar üçün sürətli (demək olar ki, hər yerdə) qaçış marşrutu.
    Start nöqtəsi olan düzənlikdən qaçaraq qəsəbəni tərk edirik və dərhal asta-asta yüksəkliyə aparan meşə yoluna çıxırıq. Yamacın kənarına qalxaraq sağa dönürük və qrunt yolu ilə Qalaaltı qalasına doğru yüksəklik yığmağa davam edirik. Diqqət! Qala restavrasiya mərhələsindədir, bu səbəbdən ora giriş qadağandır. Ona görə də, qalaya kənardan tamaşa etdikdən sonra dalğalı meşə cığırı ilə aşağı enməyə başlayırıq, bu zaman ayağımızın altına və ətrafımızda yuxarılara baxmağı yaddan çıxarmırıq. Trekin bir hissəsi bu yaxınlarda yanmış meşə zolağının içindən keçir. Qrunt yolu ilə qida punktuna endikdən sonra yenidən sağa dönürük və dairəni başa vuraraq finişə doğru hərəkəti davam etdiririk. Axırıncı bir neçə yüz metr asfalt yolu boyunca davam edir.

  • BƏNÖVŞƏYİ zolaq : uzun məsafə 20 km, ümumi yüksəklik toplusu - 920 metr - 30 AZN
  • Daha uzun distansiya qət etmək, daha çox görmək və yaddaqalan təəssüratlar almaq istəyənlər üçün marşrut.
    Qısa distansiyanın iştirakçıları ilə starta başlayırıq, amma yamaca çatanda sola dönürük, burada sizi yüngül eniş və ətrafdakı təpəliklərə və meşələrə mənzərəli görüntülər gözləyir. Güləh kəndi yaxınlığına qaçıb gəldikdən sonra, sağa, yenidən yamaca aparan cığıra doğru yuxarıya tərəf dönməyə başlayırıq, burada 6 km nişanı olan məntəqədə sizə su təklif edən könüllülər gözləyir. Onlar, həmçinin, qaçış vaxtını qeyd edəcəklər. Burada distansiya yenidən qısa treklə kəsişir, qrunt yolunda yerləşən ikinci qida məntəqəsini keçdikdən sonra iştirakçılar yenidən fərqli istiqamətlərdə qaçmağa davam edəcəklər. Bənövşəyi yol daha sonra aşağıya doğru, bağ ağacları və otlaqlara aparan cığıra tərəf yönəlir. Açılan mənzərələrə tamaşa etdikdən sonra, qaçış iştirakçıları finişə aparan qrunt yoluna qayıdırlar. Axırıncı bir neçə yüz metr asfalt yolu boyunca davam edir.


    İştirak qiymətinə daxildir :
    1.Transfer (Bakı-Qalaaltı, Qalaaltı- Bakı).
    2.Marşrut boyu qidalanma.
    3.Iştirakçı medalı.


4.Qaydalar və razılıq ərizəsi



5.Qeydiyyat

Qeydiyyat bitdi :(



6.İştirakçıların siyahısı




7.Tərəfdaşlarımız

kinezis_rehab kinezis_rehab 2teker boardgame boardgame