İki günlük Shahdag Running Fest 2023 iyulun 8 və 9-da Şahdağ turizm kompleksi və ona yaxın ərazilərdə keçiriləcəkdir. Biz əlimizdən gələni etməyə çalışmışıq ki, bizim tədbirimiz həm təcrübəli idmançılar, həm də dağ qaçışlarının bu maraqlı dünyasını özü üçün ilk dəfə kəşf edən adamlar üçün maraqlı olsun. Sizi dağətəyi ərazilərin əsrarəngiz gözəlliyi, zamanın daha yavaş axdığı, havanın şüşə kimi təmiz olduğu dağ kəndləri, yaşıl təpələr və dağ cığırları gözləyir. Maraqlı səyahət çərçivəsində siz şəhər səs-küyündən və tozundan uzaqlaşacaqsınız, yeni yerlər kəşf edəcəksiniz, içinizdəki qalibi hiss edəcəksiniz! Bundan başqa, siz böyük və mehriban komandanın bir hissəsi olacaqsınız və festival çərçivəsində əyləncəli proqramdan həzz alacaqsınız.
2.Tədbirin proqramı və yeri
Festivalın düşərgəsi və start yeri: Şahdağ Turizm komplesində yerləşən Zirvə otelin ərazisi
8 Iyul
start.start_shahdag1
12:00-12:30 Qırmızı Qəsəbədə (Quba şəhəri) dayanacaq, dağ yəhudilərinin muzeyinə ekskursiya
13:30-14:00 Festivalın start düşərgəsinə çatmaq.
14:00 – 21:00 Festivalın bütün məsafələri üçün start nömrələrinin verilməsi
16:00 Kids Run üçün Start
16:30 Fun Run üçün Start
17:00 – 22:00 Asudə vaxt, Şahdağ turizm kompleksinin əyləncəli proqramı
18:00 Pasta party
20:00 İştirakçılara özəl konsert proqramı
22:00 Festivalın 1-ci günün sonu
9 Iyul
08:00 Kuzun Trail məsafəsinin startı (29 km)
08:30 Anıq Trail məsafəsinin startı (18 km)
09:00 Zindanmuruq Trail məsafəsinin startı (10 km)
12:00 – 12:30 Qaliblərin mükafatlandırılması
14:00 – 15:30 Bakıya yola düşmə
3.Məsafələr
Zindanmuruq Trail
Uzunluğu:10 km, ümumi yüksəklik toplusu:350 metr, qida nöqtələrinin sayı:1
Ümumi uzunluğu - 500 metr / 1 kilometrdir. İstənilən yaşda uşaqlar qəbul edilir. Finişə çatan hər kəs qalib hesab edilir. Finişdə bütün iştirakçılar medal qazanır.
Fun Run
Ümumi uzunluğu təqribən 1 kilometrdir. Kostyumlu qaçışa istənilən yaşda olan istənilən iştirakçı qatıla bilər. Bu qaçışa qeydiyyat tələb olunmur. Təşkilatçıların fikrincə, ən yaxşı kostyumda olan iştirakçı hədiyyə qazanacaq. Kostyumlu qaçışın digər iştirakçıları üçün hədiyyələr nəzərdə tutulmayıb.
4.Qaydalar və razılıq ərizəsi
DİQQƏT: Hər bir iştirakçı tədbirin qaydaları ilə tanış olmalıdır!
5.Yerləşmə variantları və transfer
Start şəhərciyində yaşamaq üçün aşağıdakı şərtlər mümkündür:
Transfer (Bakı - Şahdağ,Şahdağ - Bakı) - 25 AZN
Öz çadırınızda yaşamaq (pulsuz)
Şahdağ turizm kompleksindən kirayə götürdüyünüz çadırda yaşamaq - 20 AZN. Kirayəyə yuxu tulumu və turist matı daxil deyil.