1. İnformasiya

İki günlük Shahdag Running Fest 2024 iyulun 13 və 14-də Şahdağ turizm kompleksi və ona yaxın ərazilərdə keçiriləcəkdir. Biz əlimizdən gələni etməyə çalışmışıq ki, bizim tədbirimiz həm təcrübəli idmançılar, həm də dağ qaçışlarının bu maraqlı dünyasını özü üçün ilk dəfə kəşf edən adamlar üçün maraqlı olsun.
Sizi dağətəyi ərazilərin əsrarəngiz gözəlliyi, zamanın daha yavaş axdığı, havanın şüşə kimi təmiz olduğu dağ kəndləri, yaşıl təpələr və dağ cığırları gözləyir. Maraqlı səyahət çərçivəsində siz şəhər səs-küyündən və tozundan uzaqlaşacaqsınız, yeni yerlər kəşf edəcəksiniz, içinizdəki qalibi hiss edəcəksiniz! Bundan başqa, siz böyük və mehriban komandanın bir hissəsi olacaqsınız və festival çərçivəsində əyləncəli proqramdan həzz alacaqsınız.

2.Tədbirin proqramı və yeri

  • Festivalın düşərgəsi və start yeri: Şahdağ Turizm komplesində yerləşən Zirvə otelin ərazisi

  • 13 Iyul

  • 8:00 Bakıdan çıxış. Toplanma nöqtəsi – Gənclik metrosu, Tofiq Bəhramov adına Respublika stadionu ilə üzbəüz parkinq yeri.
  • 12:00-12:30 Festivalın start düşərgəsinə çatmaq.
  • 12:00 - 21:00 Festivalın bütün məsafələri üçün start nömrələrinin verilməsi
  • 14:00 Vertical Run üçün start
  • 16:00 Kids Run üçün Start
  • 16:30 Fun Run üçün Start
  • 17:00 – 22:00 Asudə vaxt, Şahdağ turizm kompleksinin əyləncəli proqramı
  • 18:00 Pasta party
  • 20:00 İştirakçılara özəl konsert proqramı
  • 22:00 Festivalın 1-ci günün sonu

  • 14 Iyul

  • 07:00 Kuzun Trail məsafəsinin startı (34 km)
  • 07:30 Anykh Trail məsafəsinin startı (18 km)
  • 08:00 Zindanmuruq Trail məsafəsinin startı (10 km)
  • 12:00 – 12:30 Qaliblərin mükafatlandırılması
  • 14:00 – 15:30 Bakıya yola düşmə


3.Məsafələr

  • Vertical Run
  • Uzunluğu:4.4 km, ümumi yüksəklik toplusu:1012 metr, qida nöqtələrinin sayı:0
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Zindanmuruq Trail
  • Uzunluğu:10 km, ümumi yüksəklik toplusu:350 metr, qida nöqtələrinin sayı:1
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Anykh Trail
  • Uzunluğu:18 km, ümumi yüksəklik toplusu:860 metr, qida nöqtələrinin sayı:2
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Kuzun Trail
  • Uzunluğu:34 km, ümumi yüksəklik toplusu:1391 metr, qida nöqtələrinin sayı:3
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Kids Trail
  • Ümumi uzunluğu - 500 metr / 1 kilometrdir. İstənilən yaşda uşaqlar qəbul edilir. Finişə çatan hər kəs qalib hesab edilir. Finişdə bütün iştirakçılar medal qazanır.

  • Fun Run
  • Ümumi uzunluğu təqribən 1 kilometrdir. Kostyumlu qaçışa istənilən yaşda olan istənilən iştirakçı qatıla bilər. Bu qaçışa qeydiyyat tələb olunmur. Təşkilatçıların fikrincə, ən yaxşı kostyumda olan iştirakçı hədiyyə qazanacaq. Kostyumlu qaçışın digər iştirakçıları üçün hədiyyələr nəzərdə tutulmayıb.





4.Qaydalar və razılıq ərizəsi

DİQQƏT: Hər bir iştirakçı tədbirin qaydaları ilə tanış olmalıdır!



5.Yerləşmə variantları və transfer

Start şəhərciyində yaşamaq üçün aşağıdakı şərtlər mümkündür:
  • Transfer (Bakı - Şahdağ,Şahdağ - Bakı) - 25 AZN
  • Öz çadırınızda yaşamaq (pulsuz)
  • Şahdağ turizm kompleksindən kirayə götürdüyünüz çadırda yaşamaq - 20 AZN. Kirayəyə yuxu tulumu və turist matı daxil deyil.
  • Şahdağ turizm kompleksində yerləşən oteldə (ayrıca ödənilir): Shahdag Hotel & Spa , Zirvə Hotel , Gaya Residences

6.İştirak haqqı və Qeydiyyat

  • Vertical Run - qeydiyyat bağlıdır
  • Zindanmuruq Trail məsəfəsi üçün iştirak haqqı - 20 AZN
  • Anykh Trail məsəfəsi üçün iştirak haqqı - 25 AZN
  • Kuzun Trail məsəfəsi üçün iştirak haqqı - 30 AZN
  • Fun Run və/ və ya festivalda iştirak - 10 AZN
  • Uşaq qaçışı (Kids Run) - 5 AZN

İştirak haqqına transfer DAXİL DEYİL:

Transfer (ayrıca ödənilir)
Çadır kirayəsi (ayrıca ödənilir)



7.İştirakçıların siyahısı