1. Məlumat

12–13 iyul tarixlərində Şahdağ Turizm Mərkəzi və Race.az-ın təşkilatçılığı, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi ilə Shahdag Running Fest qaçış festivalı keçiriləcək. İki günlük tədbir Şahdağ Turizm Mərkəzi və ona yaxın əraziləri əhatə edəcək. Biz əlimizdən gələni etməyə çalışmışıq ki, bizim tədbirimiz həm təcrübəli idmançılar, həm də dağ qaçışlarının bu maraqlı dünyasını özü üçün ilk dəfə kəşf edən adamlar üçün maraqlı olsun.
Sizi dağətəyi ərazilərin əsrarəngiz gözəlliyi, zamanın daha yavaş axdığı, havanın şüşə kimi təmiz olduğu dağ kəndləri, yaşıl təpələr və dağ cığırları gözləyir. Maraqlı səyahət çərçivəsində siz şəhər səs-küyündən və tozundan uzaqlaşacaqsınız, yeni yerlər kəşf edəcəksiniz, içinizdəki qalibi hiss edəcəksiniz! Bundan başqa, siz böyük və mehriban komandanın bir hissəsi olacaqsınız və festival çərçivəsində əyləncəli proqramdan həzz alacaqsınız.

2.Tədbirin proqramı və yeri

  • Festivalın düşərgəsi və start yeri: Şahdağ Turizm komplesində yerləşən Zirvə otelin ərazisi

  • 12 Iyul

  • 8:00 Bakıdan çıxış. Toplanma nöqtəsi – Gənclik metrosu, Tofiq Bəhramov adına Respublika stadionu ilə üzbəüz parkinq yeri.
  • 12:00-12:30 Festivalın start düşərgəsinə çatmaq.
  • 12:00 - 21:00 Festivalın bütün məsafələri üçün start nömrələrinin verilməsi
  • 14:00 Vertical Run üçün start
  • 16:00 Kids Run üçün Start
  • 16:30 Fun Run üçün Start
  • 17:00 – 22:00 Asudə vaxt, Şahdağ turizm kompleksinin əyləncəli proqramı
  • 18:00 Pasta party
  • 20:00 İştirakçılara özəl konsert proqramı
  • 22:00 Festivalın 1-ci günün sonu

  • 13 Iyul

  • 06:30 Shahdag Trail məsafəsinin startı (54 km)
  • 07:30 Laza Trail məsafəsinin startı (27 km)
  • 08:00 Zindanmuruq Trail məsafəsinin startı (9 km)
  • 12:00 – 12:30 Qaliblərin mükafatlandırılması
  • 14:00 – 18:30 Bakıya yola düşmə


3.Məsafələr

  • Vertical Run
  • Uzunluğu:4.4 km, ümumi yüksəklik toplusu:1012 metr, qida nöqtələrinin sayı:0
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Zindanmuruq Trail
  • Uzunluğu:9 km, ümumi yüksəklik toplusu:350 metr, qida nöqtələrinin sayı:1
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Laza Trail
  • Uzunluğu:27 km, ümumi yüksəklik toplusu:1300 metr, qida nöqtələrinin sayı:3
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Shahdag Trail
  • Uzunluğu:55 km, ümumi yüksəklik toplusu:2300 metr, qida nöqtələrinin sayı:5

    Qeydiyyatdan keçmək üçün aşağıdakı tələblərə cavab verən iştirak sübutu təqdim olunmalıdır: ən azı bir trailrunning, skyrunning və s. tipli yarışda uğurla finişə çatmaq, bu yarışda 30 km-dən artıq məsafə qət olunmalı(ümumi yüksəklik toplusu 750 metrdən çox olmalı) və PI göstəriciniz 400-dən yüksək olmalıdır. Qeyd olunan təcrübə təqdim edildiyi tarixdən etibarən son 3 il ərzində əldə olunmuş olmalıdır. Nümunələr: Gobustan trail - 44km, Shahdag running fest 2024 - Kuzun, Baku Backyard Ultra - ən azı 10 dövr. Yuxarıda qeyd olunan təcrübə olmadıqda, təşkilatçılar 60 km-dən uzun asfalt marafonları və ya yarış xaricində keçirilmiş trail qaçışlarını nəzərdən keçirib, qəbul edib-etməmək qərarını verə bilərlər.
    itra
    Marşruta bax

    GPX faylı yüklə

  • Kids Trail
  • Ümumi uzunluğu - 500 metr / 1 kilometrdir. İstənilən yaşda uşaqlar qəbul edilir. Finişə çatan hər kəs qalib hesab edilir. Finişdə bütün iştirakçılar medal qazanır.

  • Fun Run
  • Ümumi uzunluğu təqribən 1 kilometrdir. Kostyumlu qaçışa istənilən yaşda olan istənilən iştirakçı qatıla bilər. Bu qaçışa qeydiyyat tələb olunmur. Təşkilatçıların fikrincə, ən yaxşı kostyumda olan iştirakçı hədiyyə qazanacaq. Kostyumlu qaçışın digər iştirakçıları üçün hədiyyələr nəzərdə tutulmayıb.





4.Qaydalar və razılıq ərizəsi

DİQQƏT: Hər bir iştirakçı tədbirin qaydaları ilə tanış olmalıdır!



5.Yerləşmə variantları və transfer

Start şəhərciyində yaşamaq üçün aşağıdakı şərtlər mümkündür:
  • Transfer (Bakı - Şahdağ,Şahdağ - Bakı) - 25 AZN
  • Öz çadırınızda yaşamaq (Yalnız festival iştirakçıları üçün)
  • Şahdağ turizm kompleksindən kirayə götürdüyünüz çadırda yaşamaq - 20 AZN. Kirayəyə yuxu tulumu və turist matı daxil deyil.
  • Şahdağ turizm kompleksində yerləşən oteldə (ayrıca ödənilir): Shahdag Hotel & Spa , Zirvə Hotel , Gaya Residences

6.İştirak haqqı və Qeydiyyat

  • Vertical Run məsəfəsi üçün iştirak haqqı - 15 AZN
  • Zindanmuruq Trail məsəfəsi üçün iştirak haqqı - 20 AZN
  • Laza Trail məsəfəsi üçün iştirak haqqı - 30 AZN
  • Shahdag Trail məsəfəsi üçün iştirak haqqı - 40 AZN
  • Fun Run və/ və ya festivalda iştirak - 10 AZN
  • Uşaq qaçışı (Kids Run) - 5 AZN

İştirak haqqına transfer DAXİL DEYİL:

Transfer (ayrıca ödənilir)
Çadır kirayəsi (ayrıca ödənilir)



7.İştirakçıların siyahısı




8.Sponsorlar

shahdag metak vtb


9.Tərəfdaşlarımız

utsr aaf pioneer 2teker oki badamli dagchi msc msc