Nəticələr:
Şəkillər:
https://drive.google.com/drive/folders/1fnkzJYO7zbcG-D-icvF9h2ycYufEMGgR*Əgər sizdə qaçışdan və ya start\finiş nöqtəsindən maraqlı video çəkiliş varsa, zəhmət olmasa bizə göndərin: raceaze@gmail.com
2020-ci ilin aprel ayında biz "Qobustan Trail" cığır qaçışı keçirəcəkdik, lakin hazırlıq işləri gedən zaman ölkəmizdə COVID-19 ilə əlaqədar karantin rejimi elan edildi və bu tədbiri uzun müddət təxirə salmalı olduq. İndi, iki il sonra, "Qobustan Trail" qaçışı 24 aprel 2022-ci ilə planlaşdırdıq və qeydiyyatı elan etməkdən məmnunuq. Loqotipimizdə bir az dəyişiklik etmək qərarına gəldik və medallarda 2020-ci il tarixini saxladıq. Əl istehsalı olan bütün medallar sizin üçün xüsusi olaraq saxsıdan hazırlanıb. Tədbir Qobustan Dövlət Tarix-Bədii Qoruğu ilə birgə keçirilir. Bu dəfə bizim tərəfdaşımız Red Hearts xeyriyyə təşkilatıdır. İştirakdan toplanan gəlir xeyriyyə məqsədlərinə yönəldiləcək. Qeydiyyatdan keçərkən qaçışda iştirak haqqını köçürürsünüz, lakin üstəlik rəmzi məbləğ əlavə edə bilərsiniz (məbləği xüsusi sətirdə müəyyənləşdirin), bu da Red Hearts-a köçürüləcək. Təşkilat və onun fəaliyyəti haqqında burada oxuya bilərsiniz: https://redhearts.az/about-us
Dairəvi marşrut Qobustan Dövlət Tarix-Bədii Qoruğunun ərazisindən keçir. Muzey binasından başlayaraq dərhal asfalt yolunu tərk edib Böyükdaş qaya massivini yanından dolanıb keçirsiz. Burada yol boyunca kiçik yarğanlar, mənzərəli qayalığlar və dar çoban cığırları sizi gözləyir. Bu hissədən keçərək Kanizadağ palçıq vulkanının ətəyindəki düzənliyə qaçacaqsınız. Vulkanın yamacından dırmaşaraq nəzarət məntəqəsini keçirsiz, və sonra torpaq yolu ilə aşağı doğru enirsiz. Marşrutun son hissəsi qayalar arasinda keçir, orada qədim petroqliflərə heyran ola bilərsiniz.