Bizim komanda

aboutus

Dağçılıq İdman Klubu 1999-cu ildə yaranıb və artıq 23 ildir, ki alpinizm, qayaya dırmanma, turizm və səmti müəyyənetmə ilə məşğul olan adamları birləşdirir. Bir neçə il bundan əvvəl biz özümüz üçün treylraningi açdıq. Bu idman təbiətə və qaçışa olan sevgini özündə birləşdirir.2020-ci ildə dağ treylın Azərbaycanda keçirilməsi fikiri yarandı. Azərbaycanda qaçışla maraqlanan insanları bu idman növü ilə tanış etmək və səyahətlərimizdə gördüyümüzə oxşar bir idman bayramını təşkil etmək istədik. - Qobustan Trail. Biz treylın baş tutması üçün böyük iş gördük, lakin tədbirin keçirilmə tarixinə bir ay qalanda koronavirus pandemiyasına görə bütün tədbirlər təxirə salındı. Treyl düz iki ildən sonra keçirildi.Belə Race.az komandası yaradıldı.Biz treyl qaçışların təşkilatı ilə məşğul oluruq,
Bizim komanda yenilikləri fikirləşən, təzə fikrin yaranmasından startda fit çalmaqla bütün iştirakçilar kütləsinin qaçmağa başlamasınadək uzun etapı maraqla yaşayan həvəskarlardan ibarətdir. Biz Azərbaycandan kənarda keçirilən treyllarda iştirak etməyi davam edirik və digər ölkələrdə təcrübə yığırıq. Hər bir tədbirimiz üçün dostlar, tanışlar və Dağçılıq İdman Klubunun üzvlərindən könüllüləri yığırıq. Könüllülər olmasa, heç bir tədbirimiz baş verməyəcək. Könüllülər iştirakçıları yola salırlar, onları düzgün istiqamətə yönəldirlər, marşrutda yedizdirib-içizdirirlər və finişda medalları hədiyə edirlər. Onlar öz işlərinə can yandırırlar. Və biz belə qeyri-adi insanların daimi qıtlığını yaşayırıq, ona görə də kömək etmək istəyiniz varsa, sizi böyük səbirsizliklə gözləyirik!